SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakının girəcəyində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS xəbər verir ki, "Qafqaiznfo"ya hadisə şahidlərinin verdiyi məlumata görə, Xırdalan-Bakı istiqamətində qeydə alınan qəzaya səbəb yol polisinin "06" markalı maşını qovması olub.  

Hadisə nəticəsində "90-EH-176" dövlət nömrə nişanlı  VAZ-2106 markalı maşın tanınmaz hala düşüb, sürücü isə həlak olub. Həmin maşında bir nəfərin də ağır yaralandığı bildirilir.

Qeyd edək ki, qəzaya səbəb olan yol polisi "Hyundai Tucson"la sürücünü qovub, hadisə baş verəndən sonra oradan uzaqlaşıb.
 
BAKU.WS