VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Füzuli rayon sakini xuliqanlıq zəminində açdığı atəşlə həmyerlisinə xəsarət yetirib.

BAKU.WS xəbər verir ki, hadisə mayın 26-da rayonunun Araz Yağlıvənd kəndi ərazisində baş verib.

Belə ki, kənd sakini Niyaməddin Hümbətov xuliqanlıq zəminində rayon sakinləri Fəxri Balakişizadə və Əliabbas Musayevin istiqamətində tüfəngdən atəş açıb. Bu zaman yaxınlıqda dayanan həmkəndlisi Mütəllim Muradov əlindən xəsarət alıb.

N.Hümbətov Füzuli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən tutulub və ondan hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olmayan "Maqnum" markalı ov tüfəngi götürülüb.
 
BAKU.WS