SİZİN REKLAM BURADA!
055 213 76 73


 
ABŞ-ın keçmiş prezidenti Cimmi Karterin milli təhlükəsizlik üzrə sabiq köməkçisi Zbiqnev Bjezinski 89 yaşında vəfat edib.

BAKU.WS Trend-ə istinadən bildirir ki, bu haqda mərhumun qızı Mika bildirib.

"Bu gecə atam sakitcə dünyasını dəyişib", - Bjezinskinin qızı öz Instagram səhifəsində yazıb, və həmçinin Twitterdə onun ölümü barədə xəbər verib.

New York Times nəşrinin məlumatına görə, Bjezinski 26 mayda Virciniya xəstəxanalarından birində vəfat edib.