SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Balakən sakini bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

BAKU.WS xəbər verir ki, Balakən Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya verilən məlumata görə, bu gün axşam saat 19 radələrində rayonun Şambul kənd sakini, 1996-cı il təvəllüdlü Günel Ramazan qızı Məhniyeva hər iki ayağının 1-ci və 2-ci dərəcəli termiki yanıq xəsarətləri ilə xəstəxananın cərrahiyə şöbəsinə daxil olub.
 
Müayinə zamanı məlum olub ki, G Məhniyeva yaşadığı evdə xörək bişirən zaman düyü ilə dolu qaynayan qazan onun üstünə aşıb. Nəticədə Günel Məhniyeva hər iki ayağından yanıq xəsarətləri alıb.
 
BAKU.WS