SİZİN REKLAM BURADA!
055 213 76 73



Ötən gün Bakının məşhur restoranlarında birində İslamiadada qalib gələn karateçilərin şərəfinə təşkil edilən qonaqlıqda dünyasını dəyişən Azərbaycan Milli Karate Federasiyasının vitse-prezidenti, AMKF rəyasət heyətinin üzvü, əməkdar idman xadimi, beynəlxalq dərəcəli hakim və 7-ci dan qara kəmər sahibi Yusif Məmmədovun ölümünün təfərrüatları məlum olub.
 
BAKU.WS xəbər verir ki, halı pisləşən hakimə ətrafdakı insanlar ilkin tibbi yardım göstərsələr də heç bir faydası olmayıb. Ona yaxınları 40 dəqiqəyə yaxın süni nəfəs və ürək masajı ediblər. Lakin təcili tibbi yardım çağırıldığı ünvana həddindən artıq gec gəlib.

Xatırladaq ki, GoldNews.Az-ın mötəbər mənbələrdən əldə etdiyi məlumata görə, İslamiadada qalib gələn karateçilərin şərəfinə təşkil edilən qonaqlıq zamanı vəzifəli şəxslərdən birinin halı pisləşib. 
 
Həmin şəxs restoranda dünyasını dəyişib. Məlumata görə, dünyasını dəyişən karate üzrə Beynəlxalq dərəcəli hakim Yusif Məmmədovdur və o, ürəktutmasından dünyasını dəyişib.
 
BAKU.WS