SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda 21 yaşlı oğlan özünü dənizə atıb.
 
BAKU.WS lent.az-a istinadən xəbər verir ki, hadisə Dənizkənarı Milli Park ərazisində - Neftçilər prospekti 49 ünvanının qarşısında baş verib. Lənkəran rayon sakini olan 1996-cı il təvəllüdlü Ülvi Şıxbabayev (ad və soyad şərtidir) özünü dənizə atıb.
 
Parkın mühafizəçiləri onu xilas edərək təcili tibbi yardım briqadasına təhvil verib. Lakin burada məlum olub ki, intihara cəhd edən gəncin ciddi psixi porblemləri var və ona yerindəcə sakitləşdirici vurulub. Daha sonra əraziyə cəlb edilmiş psixiatrik briqada gənc oğlanı ruhi-əsəb xəstəxanasına aparıb.
 
Faktla bağlı araşdırma aparılır. 
 
BAKU.WS