SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda bıçaqlanan şəxs xəstəxanada ölüb.
 
BAKU.WS lent.az-a istinadən xəbər verir ki, mayın 23-də Nizami rayonu ərazisində - Babək prospektinin NZS qəsəbəsinə düşən hissəsində 46 yaşlı Heydərov Valeh Səttar oğlu kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb. Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Ağsu rayon sakini Sabit Bağırov tutulub.
 
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

BAKU.WS