SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakının Xəzər rayonunda 19 yaşlı qız polisə şikayət edib.

BAKU.WS
-in məlumatına görə, 1996-cı il təvəllüdlü C.M. polisə şikayət edərək bildirib ki, 27 yaşlı Royal adlı oğlanla qaçıb. Onlar Binə qəsəbəsində qalıblar. 5 aya qədər birlikdə yaşayıblar.

Qadın bildirib ki, bu müddət ərzində birlikdə qaçdığı şəxs onu hər gün incidirmiş. Qızın sözlərinə görə, Royal onu kəmərlə döyürmüş. Çox vaxt da evə sərxoş halda gəlirmiş. Bir neçə dəfə də bədənində siqareti söndürdüyünü deyən qız artıq işgəncələrə tab gətirmədiyini vurğulayıb.

Hazırda polis faktla bağlı araşdırma aparır

Ziya Səccad

BAKU.WS