SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Bakı şəhər Baş Polis İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, hadisə oktyabrın 13-ü saat 04:50 radələrində, Nəsimi rayonu Azadlıq prospektində qeydə alınıb.


Bakı şəhər sakini 1963-cü il təvəllüdlü Namiq Fərəcov idarə etdiyi «London Taksi» markalı avtomobillə 1966-cı il təvəllüdlü Hacıbaba Tarverdiyevi vurub. H.Tarverdiyev aldığı xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib.


Faktla bağlı araşdırma aparılır.


Ziya Səccad

BAKU.WS