SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakının Pirallahı rayonunda ər hamilə arvadını ölümcül döyüb.

 

BAKU.WS-in məlumatına görə, bu barədə Pirallahı rayon Polis İdarəsindən haqqın.az saytına bildiriblər. Verilən məlumata görə, bu gecə 3 saylı şəhər xəstəxanasında 1975-ci il təvəllüdlü Yuliya Sergeyevna Loqinova dünyasını dəyişib.


Araşdırmalar zamanı məlum olub ki, qadın daxili qanaxmadan keçinib. Onun bədənində döyülmə izləri olub. Məlum olub ki, qadını əri Faiq Sadıxov döyüb.


İnsident 8 oktyabrda Yuliya Loqinovanın mənzilində qeydə alınıb. Faiq Sadıxov qadının 13 yaşlı oğlu Yeqoru döymək istəyib. Ana oğlunu müdafiə edib. Nəticədə kişi arvadının başına bir neçə güclü zərbə endirib. Zərbələrdən sonra hamilə qadın huşunu itirib. Onu təcili xəstəxanaya aparıblar. Lakin həkimlər hamilə qadını xilas edə bilməyib.


Polis əri saxlayıb. Faktla bağlı araşdırma aparılır.


Ziya Səccad

BAKU.WS