SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Masallı-Boradigah yolunun Masallının Bədəlan kəndi ərazisindən keçən hissəsində qəza baş verib.
 
Lənkəran sakininin idarə etdiyi qum-çınqılla dolu yük maşını aşıb. Sürücü xəsarət almasa da, maşına ciddi ziyan dəyib. Nəqliyyat vasitəsini yoldan götürmək üçün əraziyə iki qaldırıcı kran cəlb olunub.
 
İlkin məlumata görə, hadisəyə yük maşınının qarşısına azyaşlı uşağın çıxması və sürücünün idarəetməni itirməsi səbəb olub.
 
BAKU.WS