SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Göyçay rayonunda bədbəxt hadisə baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Çayarxı kəndində qeydə alınıb. Kənd sakini, 2016-cı il təvəllüdlü Mahmudov Hüseyn Səbuhi oğlu yaşadığı evdə oynayarkən pəncərədəki pərdə ipi onun boğazına dolanıb.

Valideynlərin nəzarətindən kənar qalan uşaq boğulub. Həkimlər tərəfindən ilkin tibbi yardım göstərilsə də, uşaq ölüb.
 
Faktla bağlı araşdırma aparılır.  
 
BAKU.WS