SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bu gün aparılan təmizləmə əməliyyatları nəticəsində 1 045 ədəd qəlpə, 2 ədəd piyada əleyhinə mina (OZM-72) və 2 ədəd tank əleyhinə mina (TM-57) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.
 
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən BAKU.WS-ə verilən məlumata görə, gün ərzində 39 693 kv.m ərazi (1 753 kv.m əllə, 14 940 kv.m mexaniki üsulla, 23 000 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.
 
BAKU.WS