SİZİN REKLAM BURADA!
055 213 76 73



Quba polis şöbəsinin əməkdaşları rayonun dağlıq Qrız Dəhnə kəndi ərazisində yenidən ayı balası tapıblar.  

BAKU.WS xəbər verir ki, İstiPress-in şimal bürosunun məlumatına görə, bundan əvvəl də mayın 3-də Qrız Dəhnə kəndinin ərazisində Quba-Xınalıq yolunun kənarında meşə massivində də ayı balası tapmışdılar.

Tapılan ayı balası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xızıdakı Altıağac milli parkının Vəhşi Təbiətin Bərpası və realibitasiyası klinikasına göndərilib.

İstiPress-in müxbiri Aytəkin Alxaslı tapılan ayı balasının yanında çəkiliş edərkən heyvan ona hücüm edib.
 
BAKU.WS