SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Hazırda kəşfiyyat üçün nəzərdə tutulan pilotsuz uçuş aparatlarından əlavə, yeni nəsil pilotsuz uçuş aparatlarının istehsalına başlamışıq. Bu aparatlar düşmənin həm hərbi texnikasını, həm də canlı qüvvəsini məhv etmək qabiliyyətinə malikdir.
 
BAKU.WS xəbər verir ki, bunu Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov APA-ya müsahibəsində deyib.
 
Camalov deyib ki, hazırda son layihənin üzərində işlər gedir. "Kumulyativ başlıqlı pilotsuz hava aparatlarını da istehsal edəcəyik. Bu aparatlar bizə həm kəşfiyyat aparmağa, həm də düşmənin sığınacaqlarını, texnikasını, canlı qüvvəsini istənilən anda məhv etmə imkanı verəcək. Yaxın vaxtlarda kumulyativ pilotsuz uçuş aparatlarının da istehsalına başlayacağıq”.

Onun sözlərinə görə, bu aparatlar kəşfiyyat aparmaqla bərabər, düşmənin canlı qüvvəsini və yüngül texnikasını məhv etmək xüsusiyyətinə malikdir: "Bizim birinci "Zərbə" aparatlarımız artıq ordumuzun silahlanmasına qəbul edilib. İlk aparatlarımız kəşfiyyat aparmaqla bərabər, düşmənin canlı qüvvəsini və yüngül texnikasını məhv etmək xüsusiyyətinə malikdir. Kumulyativ başlıqlı aparatların istehsalına təxminən 3-4 aya başlayacağıq”.
 
BAKU.WS