SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Biləsuvar şəhərində oğurluq hadisəsi baş verib.

"Report"un Cənub bürosunun xəbərinə görə, naməlum şəxslər Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının həkimi Göyçək İbarahimovanın evinə daxil olaraq əvvəlcə onun əl-qolunu bağlayıblar, daha sonra isə evdə olan qızıl-zinət əşyalarını oğurlayaraq qaçıblar.

Faktla bağlı araşdırma aparılır. Oğruların tapılması istiqamətində əməliyyat-axtarış tədbirlər həyata keçirilir.
 
Qeyd edək ki, G.İbrahimova Biləsuvar MRX-nın Laboratoriya şöbəsində işləyir.
 
BAKU.WS