VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bu gün səhər saat 9 radələrində 8 saylı şəhərlərarası marşrut avtobusun "Kamaz-6511” markalı yük maşını ilə toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Qəza şəhərin avtovağzaldan Yüksək Texnologiyalar Parkı istiqamətində hərəkət edən Şükür Məhəmmədəli oğlu Qasımovun idarə etdiyi "32-BC-969 dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun qovşaqdan əsas yola çıxan Əfqan Siracəddin oğlu Qaçayevin idarə etdiyi ”45-BD-212” dövlət qeydiyyat nişanlı "Kamaz”a çırpılması nəticəsində baş verib.

Hadisə zamanı avtobusun sərnişinləri arasında ciddi xəsarət alanlar olub. Onlardan 5 nəfəri dərhal Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına yerləşdirilib. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsində araşdırma aparılır.
 
BAKU.WS