SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Mayın 5-dən 6-na keçən gecə Qax rayonun Cüdüllü və Marsan kəndlərinin inzibati ərazilərinə və yaxınlıqdakı dağ ətəyi ərazilərə leysan yağıb.
 
BAKU.WS xəbər verir ki, APA TV-nin yerli bürosunun məlumatına görə, leysan yağışı nəticəsində yaranan sel suları Cüdüllü və Marsan kəndlərində fərdi yaşayış evlərinin zirzəmilərinə və həyətyanı sahələrinə dolub. Kənd sakinlərinin şəxsi təsərrüfatlarına ciddi ziyan dəyib, bir çox sakinlərin ev quşları sel suları altında qalaraq tələf olub.
 
Kənddaxili yollar sel suları altında qalıb, bir sıra yerlərdə sel suları daşdan olan yol hasarlarını uçurub.
 
Hazırda Qax rayon Fövqəladə Hallar Komissiyasının və yerli nümayəndəliyin əməkdaşları kəndlərdə dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər aparır.
 
BAKU.WS