SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda qardaş bacısını qətlə yetirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, hadisə mayın 5-də Yasamal rayonu ərazisində baş verib.

Bakı şəhər sakini Anar Məsimov evində münaqişə zəminində bacısı Nigarı bıçaqla qətlə yetirib. Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Məsimov tutulub.

Faktla bağlı araşdırma aparılır.
 
BAKU.WS