SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda tikilməkdə olan çoxmərtəbəli binanın zirzəmisində meyit tapılıb.
 
Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, N. Yusifbəyli küçəsi 32 ünvanında inşa olunan binanın zirzəmisinə yığılmış su çəkilərkən orada meyit aşkar edilib.
 
Tikinti işlərini aparan şirkət bununla bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verib.
 
Hadisə yeri və meyitə baxış keçirilərkən meyiti tapılan şəxsin aprelin 13-də itkin düşmüş kimi qeydiyyatda olan, 1986-cı il təvəllüdlü Rüfət Zülfüqar oğlu Sadıqov olması müəyyən edilib.
 
Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.
 
R. Sadıqovun qətlə yetirilməsi versiyası da istisna edilmir.
 
BAKU.WS