SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Moskva restoranlarından birində "qanuni oğrular"ın yığıncağı keçirilib. 
 
BAKU.WS-in məlumatına görə, Rusiyanın Daxili İşlər Nazirliyinin əməkdaşları paytaxtın etnik kriminal qruplaşmalarının liderlərinin yığıncağına basqın edib. 

Rusiya DİN-dən bildirilir ki, polislər 40-dan çox lider və cinayətkar aləmin aktiv iştirakçısını saxlayıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, "qanuni oğrular" yığıncaqda şəhərin ərazisində pulun yenidən bölüşdürülməsi və ərzailərinin yenidən bölünməsi məsələlərini müzakirə etməyi planlaşdırıb. 

Polis əməkdaşları üç "qanuni oğrunu" saxlamağı bacarıb: Vitali İzqilova (Maxaçkala Vitali), Roman Lomtadze, Mususa və Şalva Xuçua (Roko).

BAKU.WS