Moskvada toy kortejində silahdan atəş açan azərbaycanlı saxlanılıb.
 
BAKU.WS-in məlumatına görə, Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Andrey Qaliakberova bildirib ki, saxlanılan şəxs 29 yaşlı Azərbaycan əsilli şəxsdir. A.Qaliakberov bildirib ki, azərbaycanlı şəxs avtomobilin pəncərəsindən travmatik tapançadan havaya bir neçə dəfə atəş açıb. 

Hadisə paytaxtın cənubundakı Kaspi və İrəvan küçələrinin kəsişməsində qeydə alınıb. Atəş səsindən sonra hərəkətə keçən polis toy kortejində olan 16 nəfəri saxlayaraq avtomobillərə baxış keçirib.
 
Saxlanılan soydaşımız haqqında "Dələduzluq" maddəsi ilə cinayət işi açılıb. 

ŞAHİN Həbibov