SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bir müddət əvvəl Türkiyənin İstanbul şəhərində yoxa çıxdığı bildirilən azərbaycanlı qadın tapılıb. Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, Azərbaycanda tanış olduğu şəxslə ailə həyatı quran və İstanbulun Yenibosna qəsəbəsində yaşayan Gülər adlı azərbaycanlı qadının başqasını qoşulub qaçdığı üzə çıxıb.
 
Bildirilir ki, Gülər 2013-cü ildə Fəxrəddin Sadıqov adlı bir azərbaycanlı ilə ailə həyatı qurub. Onların 2015-ci ildə Özləm adlı qız övladları dünyaya gəlib və cütlük 2016-cı ilin may ayından etibarən Yenibosnadakı evdə yaşamağa başlayıb. Lakin onların xoş günləri çox çəkməyib və bir müddət sonra Fəxrəddinlə Gülərin münasibətləri pozulub. Qadın həyat yoldaşından boşanmaq üçün məhkəməyə müraciət edib. Bu ilin 14 aprel tarixində isə Gülər 2 yaşlı qızı ilə dükana getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıblar.
 
Gülərin yoxa çıxdığını görən anası Elçinaz Piriyeva və qardaşı Pərvin axtarışlara başlayıb. Onlar qadının itkin düşməsi ilə bağlı polisə müraciət ediblər. Daha sonra Gülərin ana-atası "Kaybolan Çiçekler” televiziya proqramına da çıxaraq qızın həyat yoldaşı tərəfindən daim şiddətə məruz qaldığını, ailədə zorakılığın olduğunu və bu səbəbdən onun həyatı ilə bağlı narahat olduqlarını deyiblər. Hətta onlar kürəkənləri Fəxrəddin və onun qardaşları İntiqam, Elman Sadıqov barəsində prokurorluğa müraciət edərək Gülərin həmin şəxslər tərəfindən öldürülməsini iddia ediblər. Bundan sonra axtarış tədbirləri daha da gücləndirilib. Gülərin ölüsünün və ya dirisinin tapılması üçün müxtəlif vasitələrə əl atılıb. Araşdırmaların nəticəsi isə tamamilə gözlənilməz səhnəni ortaya çıxarıb. Məlum olub ki, Gülər sağdır və Türkiyənin Afyon vilayətinin Emirdağ rayonunda yaşayan 25 yaşlı Bəkir Kaplan adlı şəxslə evlənib. O, qızını da götürərək Bəkirin yanına qaçıb və burada həmin şəxsin ailəsi onlara toy edib. Məlum olub ki, Gülər Bəkirlə feysbukda tanış olub və onun yanına qaçmaq planı qurub.
 
Bu faktın üzə çıxmasından sonra Gülərin ana-atası çıxdıqları televizya proqramında "ölsəydi, daha yaxşı olardı” deyərək sitəm ediblər. Gülər isə Bəkiri çox sevdiyini və ömrünün sonuna kimi ondan ayrılmayacağını deyib.
 
BAKU.WS