SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda dayanacaqda avtobus sərnişini vurub.

BAKU.WS "Report”a istinad'n xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

Belə ki, metronun "Koroğlu” stansiyasının yaxınlığında dayanacaqda avtobus gözləyən 23 yaşlı Şıxmuradov Nazim Ədilxan oğlu yol istiqamətində irəli çıxarkən onu gözlədiyi "Daewoo” markalı sərnişin avtobusu vurub.

N.Şıxmuradov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

"Daewoo” markalı sərnişin avtobusunun nömrəsi məlum olmasa da, Bülbülə qəsəbəsi istiqamətində getdiyi bildirilir.
 
BAKU.WS