SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Mağazanın giriş hissəsinə yaxınlaşaraq qapını əlindəki alətlə açıb içəridən oğurluq etmək istəyir. Özü də tanınmasın deyə üzünüdə örtüb. Ağstafada baş verən hadisə təhlükəsizlik kameralarına düşüb.

Əvvəlcə yaxalanmasın deyə ətrafa göz gəzdirir. Sonra isə, əlindəki aletlə qapını açıb oradan oğurluq etmək istəyir. Ancaq niyyətinin baş tutmadığını görüb geri qayıtmaq məcburiyyətində qalır. Bütün olanlar isə ərazidə quraşdırılan təhlükəsizlik kamerasına düşüb.

Hadisə bir neçə gün əvvəl Ağstafada baş verib. Şəhərin mərkəzində yerləşən mağazalardan birindən oğurluq etmək istəyən şəxs təhlükəsizlik kamerasına düşüb.
 
Qapını aça bilməyən oğrunun videosu gülüş hədəfinə çevrilib. 
 
BAKU.WS