Daxili işlər orqanlarında daha bir neçə təyinat olub.


BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin rəisi Zaur Bədəlov tutduğu vəzifədən azad edilərək Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin rəisi vəzifəsinə təyinat alıb.


Nazirin digər əmri ilə Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin rəisi Zaur Məmmədov tutduğu vəzifədən azad edilərək 14-cü Polis Bölməsinin rəisi vəzifəsinə təyin olub.


BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ