SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Fövqəladə Hallar Nazirliyi Meydan.tv”-nin saytında "Yanğınsöndürənlər gəlmədi, ev yanıb kül oldu” başlıqlı xəbərlə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə,  "Meydan.tv”-nin saytında "Yanğınsöndürənlər gəlmədi, ev yanıb kül oldu” başlıqlı xəbərdə oktyabrın 10-da Göygöl rayonu Çaykənd kəndində vətəndaşın evinin yanması və yanğınsöndürənlərin müdaxilə etməməsi xəbəri tam yalandır.

"Bildiririk ki, həmin tarixdə baş vermiş yanğın hadisəsi və yanğının operativ olaraq söndürlməsi barədə məlumat FHN-in rəsmi saytında eyni gündə saat 20:30-da yerləşdirilib. Vətəndaşın yanan evi "Meydan.tv”-nin xəbərində iddia edildiyi kimi 60 kvadratmetr deyil, 200 kvadrat metr olmuş, 3 otaqdan 1 otaq və bitişik tikililər yanğından mühafizə olunub”. – deyə bildirilib.

Ziya Səccad

BAKU.WS