SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Gəncədə iki nəfərin bıçaqlanması ilə nəticələnən kütləvi dava olub.
 
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.
 
Bir neçə nəfərin dalaşması nəticəsində Göygöl rayon sakinləri, 1996-cı il təvəllüdlü Qurbanlı Aqil Eynar oğlu qarın nahiyəsindən və onun həmyaşıdı Hüseynov Vaqif Nizami oğlu qolundan bıçaqlanaraq xəstəxanaya yerləşdirilib. Onlara tibbi yardım göstərilib.
 
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
 
BAKU.WS