VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Azərbaycanda bir gündə iki avtomobil yanıb.
 
BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinə istinadla verdiyi məlumata görə, Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus "Hyundai" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.
 
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
 
Analoji hadisə Gəncə şəhərində də qeydə alınıb. Kəpəz rayonunda vətəndaşa məxsus həyətyanı sahədə dayanmış "Mercedes” markalı mınık avtomobilinin mühərrik hissəsi, salonu və 2 ədəd qabaq təkərləri yanıb. Avtomobilin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
 
Yanğın saat 06:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
 
BAKU.WS