SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ankarada törədilmiş partlayışlar nəticəsində ölənlərin sayı 95-ə yüksəlib.
 
BAKU.WS-in məlumatına görə, Türkiyə cumhuriyyət tarixinin ən qanlı terror hücumunda yaralananların sayı isə 246 nəfər olub. Dünən gecə açıqlanan son məlumata görə, terror hücumu nəticəsində 48-i komada olmaqla, 246 vətəndaşın müalicəsi davam edir.
 
Ankarada 29 xəstəxana gücləndirilimiş iş rejimində çalışaraq yaralılara xidmət göstərir. Yaralılar üçün 5 təcili yardım helikopteri və 1 təcili yardım təyyarəsi ayrılıb. Hazırda ölənlərin şəxsiyyəti müəyyənləşdirilir. 

Xatırladaq ki, Ankarada dəmir yolu stansiyası yaxınlığındakı yol qovşağının altında terror aktı həyata keçirilib. Çox sayda insan ölüb, yaralananlar var. Türkiyənin dövlət və hökumət rəhbərləri, siyasi partiya başçıları da daxil olmaqla ölkə ictimaiyyəti terror aktına kəskin etiraz ediblər. 
 
ŞAHİN Həbibov 
BAKU.WS