VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda gənc oğlanı avtomobil vuraraq öldürüb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü Qədirli Ayxan İsrafil oğlu Məhəmməd Hadi küçəsində yolu keçmək istəyərkən onu "Mercedes" markalı minik avtomobili vurub. Nəticədə A.Qədirli ağır kəllə-beyin travması alıb. Hadisəni törətmiş sürücü A.Qədirlini xəstəxanaya çatdırarkən xəsarət almış şəxs yolda dünyasını dəyişib.
A.Qədirlinin meyiti Məhkəmə Tibbi Ekspertiziası və Patoloji Anatomiya Birliyinin Xətai Rayon Şöbəsinə təhvil verilib.

Sürücü Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.
 
BAKU.WS