SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bakıda baş verən dəhştəli qətl hadisəsilə bağlı Daxili İşlər Nazirliyi, Respublika Prokurorluğu və Milli Təhlükəsizlik Nazirliyi birgə əməliyyat keçirib.

 

BAKU.WS-in məluamtına görə, avqustun 2-də saat 01 radələrində Səbail rayonunun Badamdar qəsəbəsindən 20-ci sahə istiqamətinə gedən yolda Bakı şəhər sakini Həmid Paşayevin idarə etdiyi "Nissan Sunny" markalı avtomobildə çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilmiş meyiti tapılıb.


Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Prokurorluq, daxili işlər və milli təhlükəsizlik orqanları əməkdaşlarının birgə həyata keçirdikləri intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır qətl hadisəsinin Biləsuvar rayonunun Ağayarlı kənd sakini, 20 yaşlı Pərviz Abbasov tərəfindən törədilməsi müəyyən edilib.

Həmçinin o da müəyyən edilib ki, Pərviz Abbasov bir neçə gün əvvəl Səbail rayonu ərazisində vətəndaşa qarşı quldurluq cinayəti də törətib.
Pərviz Abbasovun Biləsuvar rayonunda gizləndiyi müəyyən olunmuş və o, yaxalanaraq istintaqa təhvil verilib.
Faktla bağlı zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.


Ziya Səccad
BAKU.WS