SİZİN REKLAM BURADA!
055 213 76 73


 
2015-ci ilin 9 ayı ərzində Ermənistan ordusunda 39 insident baş verib ki, bunun nəticəsində 54 erməni hərbi qulluqçusu ölüb. 

BAKU.WS-in məlumatına görə, bu məlumatı Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi yayıb. Ötən ilin eyni dövründə isə Ermənistan ordusu 37 hərbçisini itirmişdi.
 
Bundan başqa Vanadzor ofisinin məlumatında Ermənistan ordusunun itkilərinin 2013-cü ildən bu günədək xeyli artdığı qeyd olunur. Erməni ordusunun itkiləri 2013-cü ildən 2014-cü ilədək 44,4 faiz artmışdısa, itkilər 2014-cü ildən 2015-ci illə müqayisədə 59,9 faiz artıb. 

BAKU.WS