SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Gömrük nəzarətindən gizlədilən 5 minə yaxın siqaret müsadirə olunub.

Dövlət Gömrük Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "CM8 G2K" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin salonundan, oturacaqlarının altından və içindən gömrük nəzarətindən gizlədilən 4800 ədəd "Pirveli" markalı siqaretlər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.
 
BAKU.WS