SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakının Xəzər rayonunun Binə qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

BAKU.WS "Report"a istinadən bildirir ki, 1974-cü il təvəllüdlü Məmmədov Qurban Hüseyn oğlu "Südçülük savxozu"nda yerləşən fərdi yaşayış evində həyat yoldaşı tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

İnsident kişinin oğlunu döyməsi üstündə baş verib. Buna dözməyən qadın mətbəx bıçağı ilə həyat yoldaşını vurub.

Hadisəni törədən qadın Q.Məmmədovun üçüncü həyat yoldaşıdır.