SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Yol polisi əməkdaşı sürücülərə təhlükəli anlar yaşadıb.

Hadisə şahidlərinin Missiya.Az-a göndərdiyi videoda polis əməkdaşının xidmət avtomobili ilə yolun əks istiqamətində yüksək sürətlə hərəkət etdiyi öz əksini tapıb.

Hadisə Bakı-Qazax yolunun, Qobustan rayonundan Sanqaçal qəsəbəsi istiqamətində baş verib.

Polis əməkdaşı hərəkət zamanı avtomobilin üzərindəki sayrışan işıqları yandırıb və yüksək sürətlə irəliləyir. Şahidlərin sözlərinə görə, öz yolu ilə hərəkət edən sürücülər polis maşının gəldiyini gördükdə təhlükəli manevrlər edərək ona yol verməyə məcbur olublar. Polis əməkdaşının avtomobili hərəkətdə olduğu vaxt bir neçə müşahidə kamerasının altından da keçib. Qeyd edək ki, həmin yolda maksimal sürət saatda 120 km-dir. 
 
BAKU.WS