055 213 76 73
Azərbaycanda kriminal avtoritet tutulub.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olmuş, 1977-ci il təvəllüdlü Rəşad Ramiz oğlu Bağırov saxlanılıb.
Ondan 100 qram tiryək götürülüb.
Məlumata görə, R.Bağırov kriminal aləmlə yaxından əlaqələri olan şəxslərdəndir və "Şaşı” ləqəbi ilə tanınır.
R.Bağırov barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
BAKU.WS