VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bir neçə gündür media gündəmindən düşməyən, qardaşı qızını qaçırdığı iddia edilən Həsən Səfərovla xanımı Həmidə İstiPressdə son qərarlarını veriblər.

BAKU.WS xəbər verir ki, Səfərov bildirib ki, onunu haqqında deyilənlərin hamısı yalandır. O, 6 il əvvəl tanışlıq yolu ilə Həmidə ilə ailə həyatı qurub. Həsənin iddialarına görə, onların tanışlığı və evlənməyi qarşı tərəfin təkidi ilə bir göz qırpımında olub. Ailə həyatlarınını ilk günlərindən həyat yoldaşı Həsənə hətta fiziki güc tətbiq edib. Amma onlar birgə yaşamağa davam ediblər.

Evliliklərinin 3-cü ilində övladları olmadığına görə həkimə müraciət ediblər. Həkim bildirib ki, Həsən Səfərovun övladının olması mümkün deyil. Süni mayalanma ilə əkiz qız uşaqları dünyaya gəlib. Bundan sonra Həsənin ailə həyatı daha dözülməz olub. Özünün dediyinə görə, həyat yoldaşı onunla bərabər anasını da dəfələrlə döyüb. Bu davaların sonunda Həmidə xanım Beyləqana anasıgilə gedib. Sonradan onlar yenə barışıblar.

Həsən Səfərovun iddiasına görə, bu get-gəllər zamanı həyat yoldaşı ona müxtəlif şəxslərlə, hətta dostu ilə xəyanət edib. Ona görə də sonuncu övladlarının özündən olmasına inanmır və onu övladı kimi qəbul etmir.

Bu ilin mart ayında isə ailənin mübahisəsi Həsən Səfərovun evi tərk etməsi ilə nəticələnib. Həmidə Səfərova isə bu vaxt Həsəni öz qardaşı qızı ilə evdən qaçmaqda ittiham edib. Amma qarşı tərəf bunun yalan olduğunu, həmin gün yalnız qardaşı qızını qardaşı oğlu ilə birgə Bakıya yola saldığını deyir.

Həsən Səfərovu dinlədikdən sonra Həmidə xanımla telefon əlaqəsi saxladıq. Bu zaman Həmidə xanım həyat yoldaşının onun xəyanəti ilə bağlı iddialarının ağ yalan, böhtan olduğunu bildirdi. Bundan sonra hər iki tərəfin telefonda bir-birinə qarşılıqlı ittihamlar irəli sürdülər. Sonda isə cütlük artıq bir-birinə tab gətirmədiklərini bildirərək boşanmaq istədiklərini dedilər. 

Yəni Həsən Səfərov və Həmidə əgər qərarlarından dönməsələr, yaxın günlərdə ailə həyatına nöqtə qoyacaqlar. Bundan isə daha çox zərər çəkəcək şəxslər üç körpə qız uşağı olacaq. Çünki onlar analarının yanında ata həsrəti ilə böyüyəcəklər. 

İstiPress Həsən Səfərovun müsahibəsini və Həmidə xanımla telefon əlaqəsi zamanı ittiham və qərarlarını sizə təqdim edir:
 
BAKU.WS