SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Daxili İşlər Nazirliyi Qubada qadın alt paltarı oğurlayan manyakın peyda olması xəbəri ilə bağlı açıqlama verib.

BAKU.WS
-in məlumatına görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə "Qafqazinfo”ya bildirib ki, yayılan məlumatlar əsasında araşdırma aparılıb: "Quba Rayon Polis Şöbəsinə bu məzmunda hər hansı müraciət daxil olmayıb. Bütün bunlar dedi-qodu və şayiədir”.

Qeyd edək ki, dünən yayılan məlumata görə, rayonun Hacıhüseynli kənd sakinləri hava qaralan kimi kiminsə evləri daşladığını iddia ediblər. Onların sözlərinə görə, ev sahibləri çölə çıxır və heç nə ilə rastlaşmırlar. Digər bir kənd sakininin evindən qadınlara məxsus alt paltarları oğurlanıb. Digər qonşu isə hamamda çimərkən kiminsə hamamın pəncərəsindən onu güddüyünü deyir, bayıra çıxan kimi isə həmin şəxsin sürətlə qaçdığını bildirib.

 

BAKU.WS