SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda baş verən dəhşətli qəza barəsində FHN rəsmi məlumat yayıb.
 
BAKU.WS-in FHN-in saytına istinadla verdiyi məlumata görə, Bakı şəhəri, Suraxanı rayonunda "VAZ" və "KİA” markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.
 
Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub. Yanğın nəticəsində "VAZ” markalı minik avtomobilinin yanar hissələri yanmış və avtomobildə sıxılmış vəziyyətdə qalmış şəxsiyyətləri məlum olmayan 3 nəfərin yanmış cəsədi xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Digər avtomobil yanğından mühafizə olunmuşdur. Əməliyyat saat 09:02-də başa çatıb. 
 
Şahin Həbibov
BAKU.WS