SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakının Binəqədi rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.
 
BAKU.WS-in "report”-a istinadən xəbərinə görə, rayonun Biləcəri qəsəbəsində taksi sürücüsü kimi fəaliyyət göstərən 1987-ci il təvəllüdlü Babayev Natiq Akif oğlu ilə sərnişin arasında dava düşüb. Nəticədə sərnişin (hələlik adı açıqlanmır) N.Babayevə bıçaq xəsarətləri yetirib. Yaralı xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
 
BAKU.WS