VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qanunsuz silah-sursat alveri ilə məşğul olan iki nəfər saxlanılıb.

BAKU.WS-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Keşlə qəsəbəsində Zaqatala rayon sakini Kamran Məmmədovdan lüləsi və qundağı kəsilmiş "TOZ-B” markalı tüfəng və 40 ədəd patron götürülüb.

Araşdırmalar zamanı K. Məmmədovun tüfəngi satmaq məqsədi ilə Neftçala rayon sakini Amil Heybətovdan alması müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat tədbirləri ilə A. Heybətov da tutulub.

Ziya Səccad
BAKU.WS