VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) Bakıda alimin avtomobillə vurularaq öldürülməsi barədə məlumat yayıb.

BAKU.WS-in nazirliyin saytına istinadən xəbərinə görə, avqustun 6-da saat 16.00 radələrində Yasamal rayonunun H.Cavid prospektində Bakı şəhər sakini Ruslan İsmayılov idarə etdiyi "Daewoo” markalı avtomobillə yolu keçən paytaxt sakini Seyid Nisə Seyid Rzayevanı vurub.

Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Yasamal rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, S.Seyidrzayeva AMEA-nın Fizika İnstitutunun aparıcı elmi işçisi, alimdir.

Ziya Səccad
BAKU.WS