VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Azərbaycan-İran sərhəddində siahlı insident olub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətidən BAKU.WS-ə verilən məlumata görə, bir qrup şəxsin Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçməsinin qarşısı alınıb.

Qanunsuzluğun qarşısı Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsinin əməkdaşları tərəfindən Cəlilabad rayonu ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində alınıb.

Əməliyyat nəticəsində İran İslam Respublikasından Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd göstərmiş bir qrup şəxsin qarşısı alınıb, onlar silahlı müqavimət göstərərək geri çəkiliblər.

Hadisə yerinə baxış zamanı 4 kiloqram 425 qram tiryək aşkar edilərək götürülüb.

Xatırladaq ki, bu Azərbaycan-İran sərhəddində baş verən ilk hal deyil. İki il öncə Azərbaycan-İran sərhəddinin Lənkəran Sərhəd Dəstəsinin xidməti ərazisində baş verən silahlı insident zamanı ölən və yaralananlar da olmuşdu.

Daha öncə də Azərbaycan sərhədçilərinin əmrinə tabe olmayan İran vətəndaşları silahlı müqavimət göstərib, sərhəd naryadına atəş açıblar.

Ziya Səccad
BAKU.WS