SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Beyləqanda baş verən silahlı insidentlə bağlı bəzi məqamlar məlum olub.
 
APA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə rayonun SMD qəsəbəsində keçirilən toy mərasimində qeydə alınıb.
 
Toyda iştirak edən Nadir Mirzəyevin Malik Zalovla mübahisəsi düşüb. Nəticədə N. Mirzəyev odlu silahdan atəş açaraq M. Zalovu yaralayıb.
 
Beyləqan Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Əli Məmmədov APA-nın yerli bürosuna bildirib ki, M. Zalov sol bazu nahiyəsindən güllə yarası alıb.
 
İlkin tibbi yardım göstərildikdən sonra M. Zalov yaxınları tərəfindən Bakı şəhərindəki xəstəxanalardan birinə aparılıb.
 
BAKU.WS