SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Aprelin 5-də Cəlilabad rayonunun Sərhədabad kəndində kənd sakini Əli Əliyev münaqişə zəminində həmkəndlisi Nemət Aslanovu bıçaqla qətlə yetirib.

BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, həmkəndlisi 42 yaşlı Nemət Aslanovu bıçaqlayaraq öldürən Əli Əliyevin 25 yaşı var. 

O, hadisədən dərhal sonra könüllü olaraq polisə təslim olub. Ə.Əliyev əməlini etiraf edib.

İlkin araşdırma zamanı məlum olub ki, qətl namus üstündə törədilib. Ə.Əliyev 42 yaşlı Nemətin onun bacısı ilə münasibət qurmaq istədiyini öyrənib və onu izləməyə başlayıb. Dünən gecə həmkəndlisini yaxalayan gənc oğlan onu bıçaqlayaraq öldürüb.

Məlum olub ki, Ə.Əliyevin qətlə yetirdiyi şəxs ailəli və 2 uşaq atası olub. Qətli törədən şəxsin bacısı da ailəli və 2 uşaq anasıdır.

Araşdırmalar davam etdirilir. 
 
BAKU.WS