SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bakının Sabunçu rayonunda 32 yaşlı qadın döyülüb.

BAKU.WS "Report"a istinadən bildirir ki, hadisə Pirşağı qəsəbəsi, Yeni sahə adlanan yerdə baş verib.
Belə ki, 1985-ci il təvəllüdlü Paşayeva Könül Vahid qızı evində naməlum şəraitdə döyülüb.
O, ağır bədən xəsarətləri alaraq 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis bölməsində araşdırma aparılır. Qadının vəziyyəti ağır olduğundan, onu dindirmək mümkün olmayıb.
 
BAKU.WS