SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Bakı Metropoliteninin "20 Yanvar” stansiyasında qatar sərnişini vurub.

BAKU.WS bildirir ki, bu haqda Axar.az-a sərnişinlərdən biri məlumat verib. Onun bildirdiyinə görə, hadisə nəticəsində platformanın kənarında dayanmış orta yaşlı qadın ağır xəsarət alıb.

Təcili tibbi yardım maşını hadisə yerinə 25 dəqiqə sonra çatıb.

Qadın xəstəxanaya aparılıb.

BAKU.WS