SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Sankt-Peterburq metrosunda partlayış törətməkdə şübhəli bilinən şəxsin fotosu yayılıb.

Oxu.Az-ın xəbərinə görə, müşahidə kameraları tərəfindən lentə alınan görüntüləri bazar ertəsi, aprelin 3-də, REN TV telekanalı yayıb.

Qeyd edək ki, Sankt-Peterburq metrosunda partlayış aprelin 3-də baş verib. Partlayıcı qurğu metronun "Texnologiçeskiy institut” və "Sennaya ploşad” stansiyaları arasında işə salınıb. Rusiya səhiyyə naziri Veronika Skvortsova partlayış nəticəsində 10 nəfərin öldüyünü və 47 nəfərin yaralandığını bildirib.
 
BAKU.WS