VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Dünən günorta saatlarında Yasamal rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. 

BAKU.WS DİN-ə istinadən xəbər verir ki, avqustun 6-da saat 16 radələrində H.Cavid prospektində qeydə alııb.

Bakı şəhər sakini Ruslan İsmayılov idarə etdiyi "Daewoo” markalı avtomobillə yolu keçən paytaxt sakini Seyid Nisə Seyid Rzayevanı vurub. 
Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb. Yasamal RPİ tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, 1947-ci il təvəllüdlü Seyid-Rzayeva Seyid-Nisə Mir Tağı qızı  Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışıb. O, 1980-ci ildə dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb. "Yarımkeçiricilər fizikası” üzrə dosent elmi adına layiq görülüb. Faktı institutun direktor müavini Cavad Abdinov da "Qafqazinfo"ya açıqlamasında təstiqləyib. 

BAKU.WS